Şou-biznes

Nazilə Səfərli pulunu əsasən nəyə xərclədiyini açıqladı

26 Oktyabr 2022 14:46
Baxış: 1 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yayın sonlarında İstanbula şoppingə getdim. Ev əşyalarını aldım. Bu il geyimə pul xərcləməyəcəyəm. Çünki qarderobumda həddən çox geyim var. Onların heç üzərində olan "etiket"lər belə açılmayıb". 

Milli.Az xəbər verir ki, bu sözləri bizim.media-nın əməkdaşı ilə söhbətində şairə Nazilə Səfərli deyib. 

Sənətçi bildirib ki, hazırda qazancını geyimlərə yox, evinin təmirinə xərcləyir.  

"Pandemiya bizi bu vəziyyətə saldı. 40 paltarım heç paketlərdən açılmayıb. Geyimlərimin qiymətinə gəldikdə isə, onu deyə bilərəm ki, qabağa düşmüşəm. Çünki pandemiyadan əvvəl geyimlərin qiyməti kifayət qədər ucuz idi. İndi isə üç qat bahadır. İndi geyim almaq sərf etmir. Əvvələr el şənliklərində az işləyib, çox qazanırdıq. Pandemiyadan sonra isə çox işləyib, az qazanırıq. İndi pulumu evimin təmirinə xərcləyirəm". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.