Şou-biznes

"Bu yaxınlarda ağlıma gəldi ki, 6 ildir cinsi əlaqədə olmuram"

19 Oktyabr 2022 05:22
Baxış: 6 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çarlinin mələkləri" və onlarla digər filmlərdəki rolları ilə tanınan aktrisa Dryu Berrimor sonuncu dəfə 6 il əvvəl cinsi əlaqədə olduğunu etiraf edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 47 yaşlı aktrisa şəxsi həyatının təfərrüatlarını pərəstişkarları ilə bölüşüb.

Xüsusilə, kino ulduzu aktrisa intim münasibətlərinə yenidən baxdığını bildirib.

"İki uşaq sahibi olmağım və onların atalarından ayrı qalmağım məni daha ehtiyatlı etdi. Diqqətimi özümə və qızlarıma yönəltdim. Kişilər kənarda qaldı. Mən seksə nifrət etmirəm. Bu yaxınlarda ağlıma gəldi ki, sevgi və seks eyni deyil", - deyə məşhur bildirib.

Qeyd edək ki, Dryu Berrimor üç dəfə evlənib. Onun keçmiş həyat yoldaşlarından iki qızı var: 10 yaşlı Oliv və 8 yaşlı Frenki.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.