Şou-biznes

Vaqif Mustafayev Şəfiqə Məmmədova ilə bulvarda səmimi FOTOlarını paylaşdı

16 Oktyabr 2022 16:04
Baxış: 3 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Space" TV-nin keçmiş rəhbəri, Xalq artisti Vaqif Mustafayev məşhur aktrisa, Xalq artisti Şəfiqə Məmmədova ilə bağlı paylaşım edib.

Milli.Az bizimmediaya istinadla xəbər verir ki, rejissor aktrisa ilə "Dənizkənarı Milli Park"da çəkilən səmimi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Şəkillərdə diqqət çəkən məqam isə V.Mustafayevin əlini Ş.Məmmədovanın çiyninə ataraq, onu qucaqlaması olub.

Qeyd edək ki, Şəfiqə Məmmədova 1995-2000-ci illərdə Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olub. 2012-ci ildə yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.