Şou-biznes

274 min manat onları barışdıra bilər

14 Oktyabr 2022 19:24
Baxış: 1 100
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur cütlüyü Ayça Ayşin Turanla Alp Novruzun 1 ay əvvəl ayrıldığı barədə xəbərlər yayılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Posta" qəzetinin məlumatına görə, onlar reklam filmi üçün yenidən barışaraq bir araya gələ bilər.

Şirkət layihə üçün Alp və Ayçaya ayrı-ayrılıqda 3 milyon lirə (təxmini 274 min manat) təklif edib.

Novruz bu fürsəti əldən qaçırmamaq üçün aktrisa ilə barışmağa cəhd edib. Ayça isə hələ ki, qərar verməyib və düşünmək üçün vaxt istəyib.

Xatırladaq ki, "Ada masala" serialından sonra eşq yaşamağa başlayan cütlüyün Alpın xəyanətinə görə ayrıldığı iddia edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.