Şou-biznes

Şəbnəm Tovuzlu 350 min manata yeni avtomobil aldı

12 Oktyabr 2022 23:30
Baxış: 21 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Şəbnəm Tovuzlu özünə yeni, lüks avtomobil alıb.  

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu haqda sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Şəbnəm bildirib ki, ağ rəngdə lüks nəqliyyat vasitəsini həyat yoldaşı Həci yox, özü alıb: "Mən bütün ayı və ili xalqımızın gözəl məclislərində çıxış etdim. Özüm qazanan qızam. Avtomobili də özüm almışam". 

Verilişin aparıcısı Zaur Kamal isə Ş.Tovuzlunun avtomobili 350 min manata aldığını vurğulayıb.  

Daha sonra studiyada quraşdırılmış monitorda müğənninin kanalın girişində park etdiyi avtomobilinin görüntüləri nümayiş olunub. Ağ rəngli "Range Rover" markalı maşının dövlət nömrə nişanı isə "77-CS-077"- dir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.