Şou-biznes

“Tokionu yox, Bakını seçərdim” - Ala Tokel

7 Oktyabr 2022 04:22
Baxış: 1 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur türk influenser Ala Tokel paytaxtımızın qonağı olub.

Milli.Az xəbər verir ki, sosial media fenomeni və "Ala" gözəllik mərkəzlərinin sahibi olay-a müsahibə verib.

O, ilk dəfə gəldiyi Bakını çox bəyəndiyini bildirib:

"Hər şey çox gözəldir. Yeməklər bizə çox yaxındır. İnsanları istiqanlı, şirin və "yaxşi"dirlər. Buranı çox sevdim, amma bir az tıxaclar var. Sadəcə trafiki İstanbula bənzəyir, onu sevmədim.

Binaları çox gözəldir, Parisə bənzəyir. Enerjisi olan binaları, insanları isti olan yerləri daha çox sevirəm. Mənə desələr ki, gözəllik mərkəzini ilk Tokyoda açmaq istəyərsən, ya Bakıda? Mən Bakını seçərəm. Artıq bir dəfə gəldim, ayağım öyrəşdi".

Nyu-Yorkda yeni "Ala nail bar" açan bloger filiallarını çoxaltmaq fikrindədir:

"Almaniya, Avropanın bir neçə şəhərində filiallarımızı açmağı düşünürəm. Ağlımda bir Berlin var, çünki çox türk var. Bir də Bakıda filial açmaq planımdadır. Burada hər kəslə söhbət edə bilirəm, məni rahat anlayırsınız".

Ala Tokel yerli influenserlərdən Nəcibə Əhmədini tanıdığını bildirib:

"Bildiyim qədərilə influenser marketinq Türkiyəyə nisbətən burada daha yaxşı yerdə deyil. Əlimdən gəldiyi qədər buradakı insanlarla tanış olmaq istəyirəm. Mən Bakıya gəlim, onlar İstanbula gəlsinlər. Mədəniyyətimiz, vərdişlərimiz, həyat tərzimiz o qədər eynidir ki, burada da dostlarımın olmağını istəyirəm. Bir nəfərlə tanış olmuşam. O da influenserdir. Nəcibə Əhmədi (Nadjiba) Çox şirin qızdır".

Bloger "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova ilə tanışlığından da söz açıb:

"Ülviyyə xanımla tanış olduq. Çox şirin qadındır. Onlar İstanbula gələcəklər. İnşallah burada da, orada da yaxşı işlər görərik. Bakı çox gözəldir! İnşallah yenə görüşərik!".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.