Şou-biznes

Pərəstişkarını polisə verdi

27 Sentyabr 2022 01:44
Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur müğənni Sibel Canın evinə gələrək hədiyyələr qoyan obsesif (Obsesif kompulsif pozğunluğu xəstəliyi - red) pərəstişkarı narahatlığa səbəb olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, sonuncu dəfə ifaçının evinə paltar və qırmızı şam göndərən şübhəli şəxs israrla hədiyyələri müğənninin özünə şəxsən təslim etmək istədiyini vurğulayıb.

Yaranan gərginlik qarşısında Canın sürücüsü həmin şəxsi polisə şikayət edib.

Polis tərəfindən nəzarətə götürülən fanat sadəcə Sibel Cana heyran olduğunu və hədiyyələri də bu səbəbdən göndərdiyini, heç bir pis niyyətinin olmadığını vurğulayıb.

Sənətçi isə haqqında istintaq başladılan pərəstişkarından şikayətçi olmadığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.