Şou-biznes

Stallone şəklini it döyməsiylə əvəz etdiyi arvadı ilə barışdı

25 Sentyabr 2022 12:20
Baxış: 1 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Döyüş filmlərindəki rolları ilə tanınan Hollivud ulduzu Silvestr Stallone və həyat yoldaşı Cennifer Flavin barışıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Page Six" ailəyə yaxın mənbəyə istinadla xəbər verib.

"Onlar evdə görüşmək qərarına gəliblər. Burada danışaraq fikir ayrılıqlarını həll edə bildilər. Hər ikisi çox xoşbəxtdir", - deyə aktyorun sözçüsü nəşrə bildirib.

O, boşanma prosesinə xitam verilməsi üçün məhkəməyə ərizə verildiyini də təsdiqləyib.

Xatırladaq ki, bir müddət öncə Stallone ailəsində çətinliklərin başladığı barədə xəbərlər yayıldı. Daha sonra amerikalı aktyorun çiynində həyat yoldaşının portretini it döyməsi ilə əvəzləməsi sosial şəbəkələrdə əsl müzakirə mövzusuna çevrildi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.