Şou-biznes

Tanınmış müğənni həbs edildi

16 Sentyabr 2022 03:44
Baxış: 1 252
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ müğənnisi R. Kelli uşaqlara qarşı cinsi istismara görə mühakimə olunduğu məhkəmədə təqsirli bilinib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, Kelli ona qarşı irəli sürülən 13 ittihamdan 6-sı üzrə məhkum edilib.

Eyni zamanda o, 2008-ci ildə analoji ittihamlarla açılan işdə rüşvət və şahidləri hədələmək ittihamlarından bəraət alıb.

Qeyd edək ki, Kelli keçən il Nyu Yorkda keçirilən başqa bir məhkəmə prosesində seks alveri və reketçilik ittihamı ilə 30 il həbs cəzasına məhkum edilmişdi. Kellinin mövcud həbs cəzasını artacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.