Şou-biznes

Arvadından tanınmış müğənniyə qarşı sərt ittiham - Oğluma görə susurdum

12 Sentyabr 2022 20:44
Baxış: 1 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yüzyüzeyken Konuşuruz" qrupunun solisti Kaan Boşnak həyat yoldaşı Başak Ceylan Torun tərəfindən zorakılıqda ittiham olunur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Başak ifaçının ona və uşaqlarına şiddət tətbiq etdiyini iddia edib. Bu barədə o, sosial media hesabında paylaşım edib:

"Ailəm və oğlum üçün susurdum, amma anladım ki, susmamalıyam. Məni həm aldadıb, həm də şiddətə məruz qoyub. İllərdir susurdum, demək ki, qadınları belə öldürülürmüş. Bundan sonra oğluma, ailəmə və mənə yaşadılan bu vəziyyətə aydınlıq gətirmək üçün vəkillərimlə birlikdə lazımi hüquqi prosedurlara başlayacağıq".

Qeyd edək ki, Kaan və Başak 2020-ci ildə ailə həyatı qurub. Cütlüyün bu evlilkdən bir övladı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.