Hadisə

Bakıda məktəbdə 8 şagird saqqızdan zəhərləndi

11 Dekabr 2025 13:44
Baxış: 531
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.

Milli.Az xəbər vrir ki, bu barədə APA-ya 14 nömrəli tam orta məktəbdən məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: "Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar".

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbi prosedurlara cəlb olunub. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.