Rusiyanın Xalq artisti Filipp Kirkorov "Jony" ləqəbi ilə rus şou-biznesdə məşhurlaşan azərbaycanlı gənc və istedadlı müğənni Cahid Hüseynli ilə bağlı müzakirələrə səbəb olan açıqlama verib.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, 55 yaşlı sənətçi həmkarını "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinə göndərməyi təklif edib. Kirkorov hətta əvvəlcədən müsbət proqnozda verib.
Müğənni bildirib ki, "Jony" yarışmaya getsə, qalib gələcək.
"Bu gün Coni mənim üçün yeni nəslin sənətçisi kimi bir nömrədir. Nədənsə əminəm ki, əgər nə vaxtsa Coni müsabiqəyə getsə, "Avroviziya"nı ölkəsinə gətirəcək".
Milli.Az