Şou-biznes

“Bay Yanlış” ən yaxşı beynəlxalq aktyor seçildi - FOTO

7 Sentyabr 2022 19:45
Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktyor Can Yaman 79-cu Venesiya Film Festivalında "Ən yaxşı beynəlxalq aktyor" mükafatına layiq görülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyorluq karyerasını İtaliyada davam etdirən Can Yaman yeni serialın çəkilişlərinə hazırlaşır. O, çəkilişləri Macarıstanda baş tutacaq "El Turco" adlı yeni serial üçün tezliklə kamera qarşısına keçəcək. Can Yaman bu il 79-cu Venesiya Film Festivalına da qatılıb.

32 yaşlı aktyor sentyabrın 30-da yayımlanacaq "Viola Come Il Mare" serialında baş rolu paylaşdığı Françesca Çillemi ilə festivala gəlib.

İtaliyada böyük pərəstişkarı kütləsi olan Yaman mərasimdə "Ən yaxşı beynəlxalq aktyor" mükafatı ilə təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.