Şou-biznes

Konsertdə səsi batdı, səhnəni tərk etdi - VİDEO

5 Sentyabr 2022 20:44
Baxış: 1 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaca məşhur ifaçı De Vikend səhnədə çıxış edən zaman xoşagəlməz hadisə ilə qarşılaşıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, ötən gün Los Ancelesdə 70 min tamaşaçı önündə konsert verən ifaçı "Can't Feel My Face" mahnısından sonra səhnəni tərk edib. Qısa zaman sonra geri qayıdan müğənni səsinin batdığını və konsertin ləğv olunduğunu bildirib.

Həmin görüntülər sosial şəbəkədə yayılıb. 

De Vikend başına gələn hadisədən kədərənərək bu sözləri qeyd edib: 

"İlk mahnıdan sonra səsimin batdığını hiss etdim. Burdakı pərəstişkarlarımdan üzr istəyirəm. Şounu dayandırmaq istəmirəm, amma indi istədiyim konserti sizə verə bilmərəm. Aldığınız bütün biletlərin pullarını sizə geri qaytaracaqlar. Söz verirəm ki, başqa bir tarixdə daha möhtəşəm konsert şousu ilə qarşınızda olacam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.