Bu gün mərhum Xalq artisti Yaşar Nurinin ad günüdür.
Milli.Az axşam.az-a istinadən bildirir ki, yaşasaydı aktyorun 71 yaşı tamam olacaqdı.
Xalq artisti Firəngiz Mütəllimova Y.Nuri ilə bağlı paylaşım edib. O, "Bu gün sənin doğum günündür. Həmişə yaşar Yaşar. Allah sənə rəhmət eləsin, sənətkar. Allah ailəni qorusun" deyə, paylaşımında qeyd edib.
Aktrisa birlikdə olan arxiv fotolarını instaqram hesabında bölüşüb.
Qeyd edək ki, Y.Nuri 2012-ci il noyabrın 22-də 61 yaşında dünyasını dəyişib.
Milli.Az