Şou-biznes

“Gülşen sərbəst buraxılmalıdır”

27 Avqust 2022 10:52
Baxış: 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tarkan da Gülşenin həbs edilməsinə etiraz edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bununla bağlı sosial media hesablarında yazı paylaşıb:

"Şahid olduğumuz hüquqsuzlar, ədalət sistemimizin ikiüzlülüyü və əyriliyi qarşısında hər gün bir az daha məəttəl qalırıq.

Uşaqları cinsi istismar edənləri, qadın qatillərini, təcavüz edənləri sərbəst buraxanlar Gülşenə gələndə hərəkətə tez keçirlər. Rüşvətxoruluq edənləri, oğruları, qanunları çiynəyib təbiəti məhv edənləri, heyvan öldürənləri öz dini düşüncələrinə alət edib cəmiyyəti müxtəlif yerə bölənləri görməzdən gələn hüquq sistemimiz Gülşəni bir nəfəsdə həbs edir.

Gülşenə edilən bu haqsızlıq sonlandırılmalı və Gülşen sərbəst buraxılmalıdır".

Qeyd edək ki, Gülşen apreldə İstanbulda baş tutan konsertində dini mövzuda zarafat etdiyi üçün həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.