Şou-biznes

Aktrisa Taylandda köləliyə məcbur edildi - FOTO

23 Avqust 2022 17:56
Baxış: 1 242
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstandan olan aktrisa və bloqer Anel Bermaqanbetova çinlilərin əmək əsarətinə düşdüyünü bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkələrdə məlumat verib. O, hadisənin Tailanda səfəri zamanı Laosda baş verdiyini qeyd edib.

Bermaqanbetova Çin şirkətinə işə düzəlməyi planlaşdırdığını bildirib. Orada yerləşdikdən sonra ofis bloqeri Çianqraya göndərib. Bundan sonra isə o, şəhərdən 2,5 kilometr uzaqlığa aparılıb və siqaret qoxulu, çirkli, duşu olmayan səkkiz çarpayılı bir otağa yerləşdirilib.

Aktrisa Bermaqanbetova həmçinin ofisdən çıxmasına icazə verilməyəcəyi ilə bağlı işçilərdən biri ilə yazışmalarının skrinşotlarını da nümayiş etdirib.

Qazaxıstan Xarici İşlər Nazirliyi bəyan edib ki, Anelin xilas edilməsi məsələsi ölkənin Vyetnamdakı səfirliyinin xüsusi nəzarətindədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.