Şou-biznes

Mina Hüseyn ana olmağa hazırlaşır? - FOTO

21 Avqust 2022 17:07
3 Şərh     Baxış: 3 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış müğənni Mina Hüseyn həyat yoldaşı ilə tətilə yollanıb.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi həyat yoldaşı ilə İstanbulda çəkdiyi foto və videoları sosial şəbəkə hesabında paylaşıb.

Mina yayımladığı görüntülərə, "Sevgi dolu bir gün... Uşaq ikən yaşadığım duyğuları indi tək yaşamıram" şərhini yazıb.

Müğənninin digər paylaşdığı şəkildə isə ərinin ona bağışladığı gül çələngi əks olunub. Gülün üzərində "Gözəl həyat yoldaşıma" sözləri qeyd olunub.

Diqqət çəkən məqam isə Minanın bir sıra fotolarda qarnının şişkin olması, eyni zamanda yazdığı şərhlərdə uşaq smayliki qoyması olub.

Müğənni yayımladığı şəkillərdə həyat yoldaşının üzünü gizlədib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.