Şou-biznes

“Yolum uzaqdı deyə 18 yaşımda ərə getdim” - Dilarə Əliyeva

13 Avqust 2022 10:22
0 Şərh     Baxış: 2 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən Sumqayıtda 12-ci mikrorayonun dairəsinə gəlirdim. Oradan Sumqayıt, Corat, Bakı. Hər gün yolum belə idi. Avtobusa vaxtında çatsan, əyləşirdin, geciksən ayaq üstə qalırdın. O yolu gedib-gəlməyə elə nifrət edirdim. Yolu gedib-gəlməyin dərdindən 18 yaşımda ərə getdim. Düzdür, əylənmək üçün deyirəm. Həm də o da böyük səbəb idi ki, mənə təkan verdi, 18 yaşında ailə qurdum. Yerim rahat olsa, bəlkə də fikirləşərdim".

Milli.Az olay.az-a istinadən xəbər verir ki, bu sözləri "Söz-Baz" verilişində Əməkdar artist Dilarə Əliyeva deyib. O, həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyevlə tanışlığından danışıb:

"Yaxşı qismət çıxdı, yolum da narahat idi. Oqtay Əliyev məni diplom tamaşasına dəvət etdi. Fikirləşdik ki, bu birlikdəliyimizi sona qədər qoruyaq. Allah cansağlığı versin. Atası Vidadi Əliyev Xalq artisti, "İrəvan" teatrının rəhbəri, anası Elmira İsmayılova Xalq artistidir. Sırf sənət ailəsidir. Mən də sənətin dərdindən ölürdüm. İşimi çox sevirəm. Bu səbəblər də kifayət qədər böyük idi. Onlar da mənə gözəl münasibətləri var idi, istedadıma, bacarığıma vurğun idilər. Qarşılıqlı anlaşdıq, bir-birimizi sevdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.