Şou-biznes

Ledi Qaqanın “Coker” filmindəki roluna görə qonorarı açıqlandı - FOTO

13 Avqust 2022 12:52
0 Şərh     Baxış: 676
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Ledi Qaqa Xoakin Fennikslə iştirak etdiyi "Coker" ("Joker") filminin sikvelində Harli Kvinn roluna görə 10 milyon dollar alacaq. Baş rol ifaçısı isə Qaqadan iki dəfə çox alacaq: onun qonorarı 20 milyon dollardır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, filmin rejissoru Todd Hovard da eyni məbləğdə qazanacaq. Ümumilikdə, filminin ikinci hissəsinin istehsalı "Warner Bros."ə 150 milyon dollara başa gələcək. Psixoloji dramın davamı "Coker: İki nəfər üçün dəlilik" ("Joker: Folie à Deux") adlanacaq.

Sikvelin müzikl janrında lentə alınacağı, hadisələr isə Arkhem ruhi xəstəxanasında cərəyan edəcəyi bildirilir.

Filmin istehsalına 2022-ci ilin dekabrında başlanacağı gözlənilir.

Süjetə görə, Coker psixiatrik həbsxanadan qaçacaq və həmçinin özü kimi dəlisov Harli Quinnlə rastlaşacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.