Şou-biznes

Türk müğənniləri canlı dinləmək üçün nə qədər ödəmək lazımdır?

8 Avqust 2022 15:37
0 Şərh     Baxış: 1 120
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bəzi türk müğənnilərinin konsertinə getmək üçün tələb olunan məbləğlərin siyahısı açıqlanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, siyahının lideri bu yay Sibel Candır. Belə ki, sənətçini dinləmək üçün 2800 lirənizdən (təxminən 265 manat) keçməlisiniz.

Sibeldən sonra isə ən çox dinlənən müğənni Yıldız Tilbedir. Onun konsertləri 1200-2500 lirə arasında dəyişir. 

Mabel Matizin isə bilet qiymətləri xeyli fərqlidir. Onun konsertinə getmək 140 lirədən (təxminən 13 manat) başlayaraq, 2240 (təxminən 212 manat) lirəyə qədər arta bilir.

Bu aralar səhnə imicləri ilə gündəmdən düşməyən Gülşeni canlı dinləmək istəsəniz bu sizə 1000 lirəyə (təxminən 95 manat) başa gələcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.