Şou-biznes

“Space”TV-nin efirində aparıcının vəziyyəti pisləşdi - VİDEO

29 İyul 2022 13:46
4 Şərh     Baxış: 3 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gecə 23:00-da "Space" televiziyasında yayımlanan "Sizin psixoloq" verilişində gözlənilməz hadisə baş verib.  

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sözügedən proqramın yayımı zamanı verilişin aparıcısı Aytac Carçıyevanın halı pisləşib.  

Aparıcı proqramda qonaq olan psixoloqun çıxışını dayandıraraq "Dayana bilmirəm, efiri dayandırın. Saçı açın, başıma dəhşətli ağrı girib, ürəyim gedəcək. Bir an əvvəl bu saç açılsın" sözlərini deyib.  

Aytacın sözlərindən sonra veriliş reklamlara keçid alıb. Reklam bitdikdən sonra isə aparıcı yenidən eyni saç düzümündə verilişi davam etdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.