Şou-biznes

Meyxanaçı Vüqar restoran biznesindən danışdı: "Alınmadı" - VİDEO

26 İyul 2022 18:20
0 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sənət adamının pulunu qohum və ya ona yaxın olan adamlar düzgün şəkildə idarə etməlidir". 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib. 

Verilişin aparıcısı Zaur Kamalın ona ünvanladığı "Qazandığınız pulun niyə bərəkəti yoxdur?" sualına söz xiridarı belə cavab verib. 

"Şəxsən özümdən misal çəkim. Saat 13:00-dan tez oyanmıram. Digər meyxanaçılar isə 18:00-da yuxudan durur. Axşam gedir məclisə və oradan səhərə yaxın gəlir. Gələn kimi də başını qoyur yatır.

Qazandığı pullar isə qardaşı, yeznəsi və digər şıxs çevirməlidir biznesə. Evdə o pul qalanda isə hamı gəlir onu səndən müəyyən məsələlərə görə alır. Bərəkəti yoxdur, demək düzgün olmaz. Bərəkəti var və Allah bərəkət versin. Özümüz bu işlərə qol qoya bilmərik. Həmkarım Sadıx Mustafayevlə mən dəfələrlə restoran götürüb, işlətməyə cəhd göstərmişik. Amma zaman qıtlığından bizdə bu məsələ alınmayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.