Bir vaxtlar şou-biznesin bir neçə xanım ifaçısının geyindiyi libas yenidən gündəmə gəlib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, yuxarısı muncuqlarla bəzədilən paltar 2017-ci ildə bir çox müğənni tərəfindən geyinilmiş və müzakirələrə səbəb olmuşdu.
Sözügedən paltarın eynisindən ötən gün şair Nazilə Səfərli istifadə edib. O, həmin libasın ağ rəngində müğənni Rəqsanə İsmayılovanın oğlu üçün etdiyi kiçik toy mərasiminə qatılıb.
Qeyd edək ki, libasdan Xalq artisti Nəzakət Teymurova, Əməkdar artist Elnarə Abdullayeva, müğənnilər Xatirə İslam, Nazənin və başqaları geyinib. Hətta bəzi aparıcılarda da bu geyimin eynisi olub.
Milli.Az