Şou-biznes

Acun Ilıcalının toya bu geyimdə gəlməsi müzakirə yaratdı - FOTOlar

8 İyul 2022 18:37
0 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli aktrisa Ebru Şahinlə basketbolçu Cedi Osmanun toyu baş tutub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, mərasimdə bir çox məşhur sima iştirak edib. Onlar arasında ən çox diqqət çəkən isə iş adamı, "Tv8" telekanalının sahibi Acun Ilıcalı olub. Onun toya ənənəvi qara köynəyində qatılması sosial şəbəkədə müzakirə yaradıb.

İş adamının ünvanına "Acunun pul sehri bəlkə də bu köynəkdədir", "Bu qədər var-dövlət, amma dünyadan bu qara köynəklə köçüb gedəcək", "Acunun bundan başqa geyimi yoxdur" kimi şərhlər gəlib.

Bundan başqa, Acun mərasimdə nikah məmuru kimi cübbə geyinib. O, Makedoniyada rəsmi nikahları bağlanan cütlüyün toyunda da bəylə gəlinə evliliyə razı olub-olmadıqları ilə bağlı sualları ünvanlayıb.

Qeyd edək ki, Acun toyda sebgilisi Ayça Çagla Altunkaya ilə birgə iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.