Şou-biznes

39 kiloqram arıqlayan Nurlan Əzizbəyli aparıcını ŞOKA SALDI - VİDEO

7 İyul 2022 18:37
0 Şərh     Baxış: 1 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nurlan Əzizbəyli xarici görünüşü ilə marağa səbəb olub.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, "Xoş beş" verilişinə qonaq olan ifaçı atdığı artıq çəkisi ilə aparıcı İlhamə Bədəlovanı xeyli təəccübləndirib. Nurlan da çox arıqladığını etiraf edərək  onu görən hər kəsin şoka düşdüyünü bildirib.

Mədəkiçiltmə əməliyyatından sonra ilk dəfə efirə çıxan sənətçi 106 kiloqramdan 67 kiloqrama qədər arıqladığını deyib:

"Mədəkiçiltmə əməliyyatına girəndə 106 kiloqram idim. Hazırda isə isə çəkim 67 kiloqramdır. Amma hələ 3 kiloqram da arıqlamalıyam. Əvvəl həkimim dedi 60 kiloqram olmalıyam. Sonra bu çəkinin səhhətimə pis təsir edəcəyini dedi. Əvvəllər idmanla, pəhrizlə arıqlamaq istədim. 10-15 kiloqram ancaq arıqlaya bildim. Köklükdən əziyyət çəkirdim. Artıq çəkilərim ayağıma ağırlıq verirdi. Artıq məndə kompleks yaranmışdı. Son zamanlar köklük və piylənmə mənə əziyyət verirdi. Həyat yoldaşım Nərmin xanımla birlikdə artıq çəkimizdən xilas olduq. O məndən bir neçə ay sonra əməliyyat olundu, haradasa 20 kiloya qədər çəki atıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.