“Nə qızımın bu sənətdə olmağını istəyərəm, nə də oğluma bu sənətdən qız alaram...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, tanınmış müğənni Sevda Sanaliyeva Moderator.az-ın suallarını cavablandırıb.
- Sevda xanım, sənət həyatınızda nə kimi yeniliklər var?
- İki yeni mahnım var, onların üzərində çalışıram. İnşallah ki, sentyabr ayında təqdim edəcəyəm. Çünki artıq istirahət abu-havasındayam. Həm işləyirəm, həm də övladlarımla istirahət edirəm. Övladlarım dərslərdən çox yorulublar, çalışıram ki, onlarla birgə yayın dadını çıxarım.
- Şou-biznesin bu günki vəziyyətində sizi səhnədən hansı səbəb soyuda bilər?
- Mən səhnədən yox, efirlərdən soyumuşam. Çünki efirlərdə qalmaqal, gələn qonağa hörmətsizlik, bəzi aparıcıların sənətçiləri alçaltmağa çalışdıqlarını gördükcə efirlərdən soyuyuram. Onlar hər şeyi reytinq xatirinə edirlər. İnanın ki, efirlərə ara-sıra çıxmağımın tək səbəbkarı sevənlərimin bunu məndən istəməkləridir. Bunu ən yaxşı bilənlərdən biri də sizsiniz ki, verilişlərə nadir hallarda "hə" deyirəm. Efirlərdən uzaq dururam. Hər gün səhnələrdə, şou-proqramlarımdayam, çünki mənim işim budur.
- Səhnədə səliqəni, yerli-yerindəliyi sevən Sevda evdə necədir?
- Mən səliqəni xəstəlik dərəcəsində çox sevirəm. Bunu mənə yaxın olan insanlar da bilir və deyirlər. Hətta narazılıqlarını da bildirirlər. Bu isə məni çox yorur, əldən salır, əsəb verir. Çünki evdə qoyduğum əşyanın yerində olmasını istəyirəm. Hər əşyanın öz yeri var. Bir mebeldə gördüyüm əşyanı başqa mebeldə görürəmsə, yaxud yerində tapa bilmirəmsə bu həqiqətən mənə pis əsəb verir. Bu da mənim sağlamlığıma çox ziyandır. Yaxınlarım mənə deyir ki "belə olmaz, bir az rahat ol, qoy süfrə bir az əyri dursun" və s. Onlar bilirlər ki, bu sözləri mənə deməklə bu məsələlər düzəlməyəcək. Mən düşünürəm ki, insanın evinin səliqəliyi özünün səliqəliyidir. Bəzən görürsən ki, gözəl, baxımlı xanımdır, saçı makiyajı yerli-yerində, dırnaqları bir metr, amma evinə gedəndə Allah göstərməsin. O evdə mən bir stəkan çay içə bilmərəm. Mən özünə baxıb, evinə baxmayan xanımları sevə bilmərəm. Vacib olan insanın özünün, övladlarının, ən əsası da evinin təmiz olmasıdır. Üstü bəzək, altı təzək olanları sevmirəm.
- Bu heç kimə şübhə deyil ki, mətbəxlə aranız əladır. Ara-sıra mətbəxdə hazırladığınız təamları paylaşırsınız.
- Bəli, mətbəxlə aram əladır. Bacardığım, hazırladığım təamları ara-sıra izləyicilərimlə də bölüşürəm. İstər yemək olsun, istər şirniyyat, istərsə də mürəbbələr, qış üçün hazırlanan təamlar. Mətbəx mənim yaralı yerimdir. Mənim mətbəxim də tər-təmiz olmalıdır. Qazanlarım, qablarım, qaşıqlarım, ümumiyyətlə mətbəx avadanlıqlarımın öz yeri var. Heç birinin üzərində kiçik bir ləkə ola bilməz. Vacib deyil ki, qazan təzə olsun, əsas odur ki, təmiz olsun.
- Bu sənətin nümayəndələri arasında da hətta deyirlər ki, "oğluma müğənni qız almaram". Sizcə müğənnini yaxşı göstərməyən nədir? Siz də belə düşünürsünüz?
- Bu sualın cavab verməkdə bir az çətinlik çəkirəm. Çünki mən özüm də bu sənətdəyəm. Desəm ki, "oğluma müğənni qız almaram" içi özüm qarışıq bütün müğənniləri pis vəziyyətdə qoymuş olaram. Nə qızımın bu sənətdə olmağını istəyərəm, nə də oğluma bu sənətdən qız alaram. Ona görə yox ki, pisdirlər, yaxud da başqa bir səbəb var. Xeyr! Necə ki, başqa sahələrdə pis və yaxşı varsa, bizdə də elədir. Sadəcə biz göz önündəyik, 10-dan 2-si çürük çıxanda insanlar bunu başqa cür görürlər. Ona görə ki, 13 yaşımdan bu işin içindəyəm, çox insanları görmüşəm. Öz ayağının üstündə durmaq, öz gücünlə, namusunla, qeyrətinlə, heç kimdən asılı olmadan, heç kimə möhtac olmadan pul qazanmaq çətindir. Üstəlik də qabağa getmək, zirvələrdə olmaq. Bunun üçün Allahın ətəyindən yapışıb, öz sənətinə güvənib, çox iradəli olub, heç nəyə aldanmamalısan. Biz bunların hamısını bildiyimizə görə, hansı xanım müğənni bu sözü deyibsə, o da bu səbəblərə görə deyib. Həqiqətən bunun üçün xanımlarda iradə, güc, namus, qeyrət lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)





