Şou-biznes

Azərbaycanlı məşhurun avtomobil nömrəsinin qiyməti dodaq uçuqlatdı

27 İyun 2022 19:11
6 Şərh     Baxış: 1 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bahalı geyim və aksesuarları ilə seçilən vokal ifaçısı Lətifə Soyuöz bu dəfə avtomobil nömrəsinin qiyməti ilə dillərə düşüb.

Milli.Az gundem.az-a istinadən xəbər verir ki, bu barədə L.Soyuöz Xəzər TV-də yayımlanan "Şourum" verilişində danışıb.

Belə ki, meyxanaçı Aqşin Fateh verilişə müsahibəsi zamanı ona 70 000 manatlıq avtomobil nömrəsi hədiyyə olunduğunu vurğulayıb.

Aqşinin müsahibəsinin ardından isə verilişdə qonaq olan Lətifə idarə etdiyi avtomobilinin nömrəsinin qiymətinin 170 000 manat olduğunu söyləyərək, qarşı tərəfə "göz dağı" verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.