Şou-biznes

Damlanın geyimini hədiyyə paketinə bənzətdilər - VİDEO

23 İyun 2022 19:22
11 Şərh     Baxış: 2 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Damla" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova geyimi ilə yenə də "ağızlarda saqqız" olub.  

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qatıldığı toy məclislərinin birinə geyindiyi dekolteli, diz hissəsi isə böyük həcimli mavi bant dekorlu libası sosial şəbəkədə müzakirə predmetinə çevrilib.  

Ekstraordinar geyimləri ilə dillərə düşən Damlanın bu libası da izləyicilərin tənqidinə məruz qalıb. Onlar müğənnini "hədiyyə qutusu"na, "hədiyyə paketi"nə bənzədiblər.

Qeyd edək ki, bir neçə həftə əvvəl Damla Naxçıvandakı konsertinə geyindiyi yaxasız pencək və ön plana çıxan daş-qaşlarla bəzədilmiş büstqalterli geyimi izləyicilərin qınağına tuş gəlmişdi.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.