"Gördüm orada neqativlik olacaq, getmədim. Bir dəfə gedirəm, çünki etik qayda var və söz vermişdim. Bütün kollektivdən neqativlik hiss etdim. Bu gün məni önə çəkir, sabah başqa müğənnini. düzgün yanaşma deyil. Televiziyada bu uğur gətirməz. Çomağın ucu bu tərəfə də dönə bilər".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov "MTV"yə müsahibəsində deyib. Müğənni ad çəkmədən teleaparıcılardan birini tənqid edib. O bildirib ki, aparıcının hər ifaçını efirdə tərifləməsini normal qəbul etmir:
"Sənətimlə, özümlə seçilirəm. Hər bir ifaçı özündə fərddir. Ayrıseçkilik xoş təəsürat bağışlamır. Sabah sənə qarşı da edilər. Kimsə qeybət edir, baxırsan ki, sabah səndən də edə bilər".
Milli.Az