Şou-biznes

"Həyası olmayanlardan qaçıram" - Xuraman həmkarları haqda

9 İyun 2022 22:19
0 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xuraman Şuşalı şou-biznes nümayəndələri ilə münasibətindən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Maqazin plus" verilişinə müsahibə verən sənətçi ona atmaca atan həmkarlarından uzaq durmağa çalışdığını bildirib:

"Hamıyla münasibətim yaxşıdır, ötüşdürməyi bacarıram. Söz atanlardan isə qaçıram, ünsiyyət qurmuram və onlar olan yerə getmirəm. O, hər an həyanı apara bilər. Bir söz deyərsən, elə cavab verər ki, abır-həyan gedər. Həyası olmayan, özünü üstün tutan insanlardan uzaq dururam. Onlarla özümü yan-yana görmürəm, ehtiyat edirəm. Şou-biznesdə elə adamlar çoxdur. Ünsiyyət qurmuram, auraları mənfi olur və mənə təsir edir. Nə gözüm görsün, nə də təsir etsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.