Ukraynada hərbi əməliyyatlar başlayandan sonra İsraildə məskunlaşan Rusiyanın Xalq artisti Alla Puqaçova yenidən tənqid olunub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçının ünvanına "Ostankino" televiziya mərkəzinin fasadında "Alla, nə yaxşı ki, qaçdın" sözləri əks olunub.
Puqaçova mesaja cavab olaraq instaqram hesabında "İntellekt nə qədər aşağı olarsa, təhqirlər də bir o qədər yüksəkdir. Sülh içində yaşa, ölkə!" sözlərini qeyd edib.
Sözgedən televiziya kanalı məsələyə münasibət bildirməyib.
Milli.Az