Şou-biznes

Rəqsanənin keçmiş sevgilisi azadlığa buraxıldı - FOTO

23 May 2022 10:51
Baxış: 6 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir vaxtlar müğənni Rəqsanə İsmayılova və prodüsseri Təranə Səmədova arasında baş verən qalmaqalda adı hallanan Faiq Azayev azadlığa buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə Təranə Səmədova məlumat verib.

Prodüsser 4 il sonra Faiq Azayevin azadlığa çıxması ilə bağlı bunları qeyd edib:

"Bu günə çox şükür. Faiq Azayev, Fərid Azayev... Bu görüntüyə çox sevinənlər də olacaq, hədsiz üzülən də olacaq, amma, mən anamın yoxluğundan sonra həyatımda yaranan bir boşluğun dolduğunu məhz bu gün hiss elədim, içimdə tamamlanmışlıq hissi yaşayıram, buna görə Yaradana təşəkkür edirəm, təbii ki, sizə də... Azadlığın mübarək, Faiq Azayev".

Qeyd edək ki, 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərtarı ilə Faiq Azayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Əlavə edək ki, mətbuatda Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu, Fərid Azayevlə isə Təranə Səmədovanın sevgili olduğu yazılır.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.