Şou-biznes

“Qadınla-kişi arasında söz-söhbət olubsa, orada bütün günahlar kişidədir, çünki..."

17 May 2022 20:06
1 Şərh     Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün 10 duet oxunursa, 1-i yaxşı olur. Duetdə mütləq stil, tərz olmalıdır. Səslər bir-birinə yaraşmalıdır. Mahnı başladısa, insanı özü ilə aparmadısa o duet deyil! Tamaşaçı özü gəlib sənə deməlidir ki, bu duetin nə gözəldir?! Ürəyimiz istəyirsə, bir duet oxuyaq. Bu belə olmalı deyil. Onun üçün bəlkə də 10 il gözləməlisən ki, səninlə duet oxuyacaq olan insan doğulub, həyata gəlsin. İnşallah xalq artistləri Flora Kərimova və Brilliant Dadaşovo ilə duet oxumaq istəyirəm. İnanıram ki, yaxın günlərdə bunların hazırlıqlarına başlayacağıq".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni, əməkdar artist Elton Hüseynəliyev bildirib. O daha sonra sözlərinə əlavə edib.

"Mən-mən" deyən insanlardan qaçıram. Qorxuram həmin insanlardan. Elə insanları Allah da sevmir. İnsan sözünün mənası unutqan deməkdir. İnsan səhvini başa düşürsə o peşman olur. Peşmanlıq insanlıq deməkdir. Amma o peşmanlığı düzəltmək şərtilə. Bir nəfərin xətrinə deyəndə, gəlib üzr istəmək yerinə, deyirlər ki, gəl halallaşaq. Hər zaman çalışmışam ki, xətrinə dəydiyim insandan üzr istəyim. Biri var süni olasan, sünilik yaxşı xüsusiyyət deyil. Süni insanlar heç vaxt heç kimin xətrinə də dəyməz, üzr də istəməz. Mən düşünürəm ki, qadınla-kişi arasında söz-söhbət olubsa, orada bütün günahlar kişidədir. Baxış, münasibət belə olmalıdır. Çünki xanımlar bizim başımızın tacıdır" deyə əməkdar artist bildirib.

O daha sonra ən pis xasiyyətindən danışıb.

"Hər yerə gecikirəm, bu xasiyyətim məndən asılı deyil. Bunu hamı bilir, hamı deyir. Özüm də etiraf edirəm. Elə yerlər var ki, ora gecikmək olmaz, amma dostum, yaxın adamım gözləyəndə məndə arxayınlıq yaranır. Hər yerə vaxtı-vaxtında çatmaq lazımdır. Amma bu hələ ki, mümkün deyil. Nə qədər geciksəm də, işlərimi çatdıra bilirəm" deyə Elton Hüseynəliyev bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.