Hollivud ulduzu Tom Kruz "Top Gun: Maverick" filminin dünya premyerasına helikopterlə yollanıb. Sükan arxasında ulduzun özü olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, helikopterdan düşərək "Qırmızı xalı"ya çıxan Kruz zarafatla "Uber"lə tədbirə gəlməyin çox sadə yol olduğunu deyib.
Qeyd edək ki, olan Tom Kruzun baş rolda oynadığı "Top Gun: Maverick" 1986-cı ildə çəkilmiş "Top Gun" filminin davamıdır və pilot Pit Mitçelin mərhum dostu Bradley Bradşounun oğlunun da olduğu uçuş məktəbi məzunlarının mentorluğunu üzərinə götürməsindən bəhs edir.
Milli.Az