Şou-biznes

Vasif mahnı oxuyarkən hönkürdü, Zaur yarımçıq dayandırdı - VİDEO

5 May 2022 16:18
5 Şərh     Baxış: 3 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Vasif Məhərrəmli "Bizimləsən" verilişində SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyevə yardım aksiyasına qoşulub.

Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, oğlu ilə studiyaya gələn sənətçi 1000 manat ianə edib.

Proqramın gedişatında V.Məhərrəmli mahnı oxuyub. Kövrələrək göz yaşlarına boğulan müğənninin ifasını verilişin aparıcısı Zaur Baxşəliyev yarımçıq kəsib.

Vasif tezliklə lazım olan pulun yığılaraq Amirin sağalacağına inandığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.