Əməkdar artist Vasif Məhərrəmli "Bizimləsən" verilişində SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyevə yardım aksiyasına qoşulub.
Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, oğlu ilə studiyaya gələn sənətçi 1000 manat ianə edib.
Proqramın gedişatında V.Məhərrəmli mahnı oxuyub. Kövrələrək göz yaşlarına boğulan müğənninin ifasını verilişin aparıcısı Zaur Baxşəliyev yarımçıq kəsib.
Vasif tezliklə lazım olan pulun yığılaraq Amirin sağalacağına inandığını bildirib.
Milli.Az