Şou-biznes

Bill Qeytsdən yenidən evlənməklə bağlı açıqlama

4 May 2022 17:36
1 Şərh     Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

27 illik həyat yoldaşı Melinda Qeytsdən boşanan "Microsoft" şirkətinin sahibi, milyarder Bill Qeyts "The Sunday Times" qəzetinə evliliyi ilə bağlı maraqlı müsahibə verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, Melinda ilə evləndiyinə görə peşman olmadığını və keçmişə dönə bilsə, yenidən onunla evlənə biləcəyini etiraf edib:

"Hər evlilik müxtəlif olur. Təəssüf ki, mənimki boşanma ilə bitdi. Amma mənim nöqteyi-nəzərimdən çox gözəl münasibət idi, heç nəyi dəyişməzdim. Şansım olsaydı, başqası ilə yox, elə Melinda ilə yenidən evlənərdim".

Bill bildirib ki, boşanma zamanı aralarında sərvət üstündə çəkişmə olmayıb, razılığa gələrək evliliyi sonlandırıblar. O, həmçinin yenidən nikah bağlamaq fikrinin olmadığını da vurğulayıb.

Qeyd edək ki, Bill və Melinda ötən ilin avqustunda rəsmi olaraq boşanıblar. Melinda buna uzun illər ərzində yığılan fikir ayrılıqları səbəb olduğunu açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.