Şou-biznes

Vasif Məhərrəmliyə restoranda hücum olub - VİDEO

4 May 2022 12:18
0 Şərh     Baxış: 2 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Vasif Məhərrəmli sosial şəbəkədə "Qurd qapısı" restoranından şikayətlənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi instaqram səhifəsində video paylaşaraq bu gün orada qarşılaşdığı xoşagəlməz hadisə barədə danışıb. O, insanları həmin məkana üz tutmamağa səsləyib:

"Qurd qapısı" restoranı var, buradan üzümü insanlara tutub, demək istəyirəm ki, oranın qapısını açmayın. Çünki orada mütəşəkkil quldur dəstəsi toplumu var. İnsanların cibini soymaqla, baş kəsməklə, qan içməklə məşğuldurlar. Təbii ki, məcazi mənada. Orada qazanılan bütün pullar haramdır. Bu gün həmin restorana verdiyim pulları haram edirəm. Haram xoşunuz olsun. Ofisiantların heç bir günahı yoxdur, amma oradakı müdiriyyət və administrator həm pulumu aldılar, həm də üzərimə şığıdılar. Az qala məni öldürsünlər, oradan zorla qurtuldum. Qazandığınız pullar haram xoşunuz olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.