Şou-biznes

Nigar Şabanova qızı Nəfəsin ad gününü belə qeyd etdi - VİDEO

28 Aprel 2022 16:18
6 Şərh     Baxış: 2 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artisti Nigar Şabanova qızı Nəfəs ilə bağlı paylaşım edib.  

Milli.Az xəbər verir ki, sənətçi evində qızının bir yaşı olması münasibəti ilə kiçik doğum günü məclisi qurub. 

Nəfəsi bağrına basıb, öpüşlərə qərq edən Şabanova pandemiya səbəbi ilə ad günü keçirə bilmədiyini yazıb.   

Qeyd edək ki, Nigar Şabanova Nəfəsi övladlığa götürüb. O, müsahibələrinin birində qızı ilə bağlı bunları söyləyib:  

"Uşağın valideynləri ondan imtina ediblər. Onlarla anlaşmam oldu ki, nə zaman istəsələr, uşaqlarını gəlib görə bilərlər. Burada qadağadan söhbət gedə bilməz. Mən ananı baladan ayıra bilmərəm. İstəməsələr də, onları məcbur edə bilmərəm.   
Çox sevinirəm ki, ailəm mənim yanımda oldu və mənim bu addımımı dəstəklədilər. Valideynlərim də uşağı öz nəvələri kimi qəbul ediblər və onu çox sevirlər. İnanıram ki, gələcəkdə ailə həyatı qurandan sonra övladlığa götürdüyüm uşaqla bağlı heç bir problem yaşamayacağam".   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.