Şou-biznes

"Məleykə radarları 120 sürətlə keçirdi" - Niyaməddin Musayev

27 Aprel 2022 12:00
2 Şərh     Baxış: 2 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Niyaməddin Musayev Xalq artisti Məleykə Əsədova ilə bağlı açıqlama verib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Söhbət var" verilişində onla bağlı yaşadıqlarını açıqlayıb:

"Məleykə çox dua oxuyur. Şıxovdan Qaradağa çatana kimi dua oxuyur. Dedim, bəsdir. Qayıtdı ki, dua oxuyuram, Allah bizə kömək olacaq. Getdim qarşıda qəza keçirtdim".

M.Əsədova isə ifaçı ilə bağlı başqa hadisəni danışıb:

"Dövlət tədbiri olanda rayonlara bir gedirik. Bir dəfə Qaxa dəvət aldıq, bir getdik. Yolu düşünün, 20, 30 sürətlə gedir. Deyirəm, 3 rayona necə çatacağıq? əsəbiləşdim ki, düş aşağı mən sürəcəm. Düşürtdüm, özüm sürdüm. Yevlax yolunda saxladılar ki, radara düşmüsüz". 

Aktrisanın sözlərinə "120 sürətlə radarı keçirdi. Sürmək mədəniyyəti var. Necə qayda-qanunla sürürsən ki, radara düşmüsən" deyə, Musayev cavab verib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.