Şou-biznes

Üçüncü dəfə əməliyyat olunan Ayselin vəziyyəti necədir? - FOTO

13 Aprel 2022 12:18
1 Şərh     Baxış: 7 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, "Location" klubda yaralanan bloger Aysel şükürova üçüncü dəfə əməliyyat olunub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hazırda blogerin səhhəti yaxşıdır. Bu haqda onun dostu Raul məlumat yayıb. O, Ayselin yeni görüntüsünü yayımlayaraq, yaxşı olduğunu vurğulayıb. 

Xatırladaq ki, Aysel partlayış zamanı klubdan xəsarət almadan çıxıb. O, model Təranə Rzayevanı (Merlin) içəridən çıxartmaq üçün ikinci dəfə yanğın olan məkana daxil olub və bu zaman xəsarət alıb. 

Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 4 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova, klubda əylənənlərdən 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva, aşpaz, 2001-ci il təvəllüdlü Gülbala Abdullayev, ofisiant, 21 yaşlı Ayxan Fətullazadə), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.