Şou-biznes

6 illik evliliyi 15 dəqiqədə bitən Mahsun Kırmızıgül kövrəldi - VİDEO

12 Aprel 2022 19:48
2 Şərh     Baxış: 1 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün məşhur müğənni Mahsun Kırmızıgül və həyat yoldaşı Ece Binay boşanıblar.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, İstanbulun Beykoz bölgəsində baş tutan məhkəmə prosesində hakim cütlüyün yeganə qızının qəyyunmluğunu anaya verilib. Bununla da 6 illik evlilik 15 dəqiqədə bitib.

Məhkəmə yekunlaşdıqdan sonra Mahsun onu gözləyən jurnalistlərin suallarını cavablandırıb.

Boşanması ilə bağlı danışan sənətçi "Evliliyimizi qorumağa çalışdıq, amma alınmadı. Olanlar oldu" sözlərini söyləyib. Həyat yoldaşından ayrıldığın görə heyfislənən Kırmızıgül açıqlama verərkən kövrəlib.

Xatırladaq ki, Mahsunla Ece 2016-cı ildə ABŞ-da ailə həyatı qurublar.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.