Şou-biznes

"Canana bunu qəsdən etdi ki..." - Fatimədən şok iddia

12 Aprel 2022 10:18
6 Şərh     Baxış: 3 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananı rəqqasə fatimə Fətəliyevanın ad günü məclisindən qovdurmasının görüntüləri yayılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sözügedən görüntülərlə bağlı rəqqasə açıqlama yayıb. Sənətçi Canananı bunu qəsdən və reklam üçün etdiyini bildirib:

"Ya Mətanət xanım, ya da ki, Canana oradan getməli idi. Mətanət xanıma böyük bir bacı kimi münasibət bəsləyirəmsə, necə ola bilər ki, Canana mənim ad günümdə iştirak etsin? O an Canananın yanına yaxınlaşdım, soruşdum ki, sizi bura mən dəvət etmişəm? Gülə-gülə biz çəkiliş heyətiylə gəlmişik cavabını verdi. Sual verdim ki, müxbirsən, yoxsa aparıcısan, çəkiliş heyətiylə mənim ad günümdə nə gəzirsən? Canana bunu qəsdən etdi ki, reklam olunsun, haqqında danışılsın və insanların ona yazığı gəlsin. Onu da deyim ki, çox şeyləri bilmirsiniz. Xanım o fikirlə gəlmişdi ki, özünə reklam qazansın və onu da bacardı. Halal olsun".

Qeyd edək ki, Canana M.İsgəndərlinin oğlu Kərimlə ötən il rəsmi boşanıb. 3 uşaq əvvəlcə ataya verilsə də, apellyasiya məhkəməsi uşaqları anaya qaytarıb. Hazırda isə Kərim Ali Məhkəməyə müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.