Şou-biznes

“Səlahiyyətim olsa, qəbir ətrafı hasarları ləğv edərəm”

11 Aprel 2022 15:48
1 Şərh     Baxış: 1 180
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yol bağlamaq, yol kəsmək günah deyilmi? Bizim insanlar qəbirstanlıq kimi yerdə də torpaq bölə və torpaqdan doya bilmir. "Mən hasarladım. Mənə rahatdır. Başqası nə vecimə?".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında müğənni və bəstəkar Murad Arif qeyd edib. 

O məzarlıqda qəbirlərin ətrafının hasarlanmasından yazıb:

"Nənəmgilin yerinə dar yol vardı. Onu bir az da daraldıblar. Kimsə ölüsünə hasar düzəldir. Yoldan bir az da qapır. Axı göz doymur. Başqası necə keçəcək? Ölüsü düşsə, necə daşıyacaq? Bu qəbirstanlıqdır! Barı burada gözlər dünya malından doymalı.

Əlimdə səlahiyyət olsa, qəbir ətrafı hasarları ləğv edərəm! Əzizinin yanında basdırılmaq istəyən də, müraciət eləsin, yerini tutsun. Nə problemdir? Daha bu hasarlar, "zaborlar" nəyə lazımdır? Şəkildəki Avropa qəbrstanlığıdır. Səliqəli, hasarsız, hüzurlu".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.