Türkiyənin TV8 kanalında yayımlanan "Survivor All Star" yarışmasında ötən gün birləşmə partisi keçirilib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, gecədə keçirilən mahnı müsabiqəsində Azərbaycan mahnıları səsləndirilib. Yarışmada iştirak edən həmyerlimiz, kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev "Yandırdın qəlbimi" mahnısını, Berkan isə "Ayrılıq" əsərini oxuyub.
Mahnı müsabiqəsində ən çox xal qazanaraq qalib olan isə Gizem Memiç olub.
Birləşmə partisinə xüsusi qonaq kimi isə türkiyəli müğənni Edis təşrif buyurub.
Milli.Az