Şou-biznes

Əməkdar artistə “Niva” hədiyyə etdilər - VİDEO

26 Mart 2022 13:30
2 Şərh     Baxış: 3 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Cavanşir Məmmədov avtomobil kolleksiyasına daha birini əlavə edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" proqramında danışıb. Müğənni avtomobilin ona ad günündə dostlarının hədiyyə etdiyini bildirib: 

"Ayın 15-də ad günüm idi. İki dostum gecə zəng etdi ki, səhər bir yerə gedəcəyik. Məni maşın salonuna apardılar. Avtomobilin pulunu verdilər, sənədlərinin də adıma keçirilməsini tapşırdılar. Bahalı avtomobil deyildi, 4 qapılı "Niva" idi. Onlar bilirlər ki, eksklüziv avtomobilləri sevirəm. 20 il əvvəl də "Qaz 31" limuzin hədiyyə etmişdilər. Dedim, pulun yarısın mən verim, qoymadılar. 24 min manata aldılar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.