Şou-biznes

Şərhlərə görə xəstəxanaya düşdü - FOTO

20 Mart 2022 15:08
2 Şərh     Baxış: 1 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

90-cı illərin sevilən müğənnisi Kader sosial şəbəkədə haqqında yazılan şərhlərə görə xəstəxanaya düşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi ötən həftə "2sayfa" verilişində tənqidlər barədə fikirlərini deyib:

"Qarşılarında olmadığım müddət ərzində məni hələ də 49 kiloqramlıq incə, gənc qız kimi görəcəklərini zənn edirlər. İlk şərhləri oxuyanda günlərlə yata bilmədim. Təhqir etmək nədir, "Öküz balası", "İynə batırsam partlayacaq" yazmaq olar? Tənqidləri qəbul edə bilirəm, ancaq qədərində. "Kökəlmisiniz, arıqlasanız sizin üçün yaxşı olar" yazsınlar. Mən o şərhləri oxuyub ağlayanda, içim ağrıyanda bunu görmürsünüz, rahat yatırsınız".

Hazırda isə müğəninin şəxsi səhifəsində xəstəxanadan fotosu paylaşılıb. Şərh bölümünə isə "Kader xanım xəstəxanadadır. Klaviatura arxasında əyləşənlər, indi xoşbəxtsiniz? Dayanmaq yerinə, artdınız. Təəssüf ki, onların çoxu qadındır, ayıb olsun. Hamınız qanun qarşısında cəzanızı çəkəcəksiniz" sözləri qeyd edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.