Şou-biznes

Castinlə Heyli çətin günləri arxada qoydu

20 Mart 2022 14:48
0 Şərh     Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadalı məşhur ifaçı Castin Biber ötən günlərdə səhhəti pisləşən həyat yoldaşı Heyli Biberlə bağlı açıqlama verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, çətin günlər keçirdiyini bildirən Castin həyat yoldaşının vəziyyətinin yaxşı olduğunu söyləyib:

"Həyat bəzən bizə sürprizlər edir, nəzarətdə saxlaya bilmirik. Çətin günlər yaşadıq. Amma indi vəziyyəti yaxşıdır. O, çox güclü insandır".

Qeyd edək ki, Heylinin beyin damarlarında laxtalanma yaranmışdı.

Onu da bildirək ki, cütlük 2018-ci ildə evlənib. Heyli aktyor Stiven Bolduinin qızıdır. O, 2015-2016-cı illərdə Biber ilə birlikdə olub, ancaq sonra gənclər ayrılmaq qərarına gəlib. Onların münasibətləri Biberin müğənni Selena Qomezlə ayrılmasından sonra 2018-ci ilin iyununda yenidən başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.