Şou-biznes

"Özünü apara bilməyən, zövqsüz, mədəniyyətsiz..."- Nadir Qafarzadə

19 Mart 2022 13:18
2 Şərh     Baxış: 2 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nadir Qafarzadə sosial şəbəkədəki paylaşımı ilə müzakirələrə səbəb olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi həmkarı Səidə Sultanın bir çoxlarına "qıjı" dediyi videonu yayımlayıb. Səidənin sözlərini dəstəklədiyini söyləyən Nadir bunları əlavə edib:

"O qədər yerində deyirsən ki, ürəyimdən keçənləri. İndi isə izah edirəm: "Qıjı" nə kənddə gələnə, nə də şəhərdə olana deyilir. Özünü apara bilməyən, zövqsüz, mədəniyyətsiz, tərbiyəsiz və bu kimi xüsusiyyətlərə malik olan adamlara "qıjı" deyilir".

Qeyd edək ki, Səidə bir neçə il əvvəl "Heç vaxt demirdim, amma artıq deyirəm: biz "qıjılaşmışıq", artıq "qıjıyıq". Kimin xətrinə dəyirsə, öz payına götürürsə, özü bilər. Amma çox heyif, o qıjılara görə, musiqimiz də bərpad günə qalıb. Davranışımız da, şəhərimiz də onlara görə pis, sözbaz günə qalıb. Bezirik bəzən. Siz "qıjılara" görə nə qədər azərbaycanlı vətəndən gedir. "Qıjılar", çoxsunuz ey. Amma nə edək, dözməliyik. Gəlin bir "qıjı" bayramı keçirək" sözlərinin yer aldığı videosuna görə tənqid edilmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.